Danimarkada Quran və türk bayrağı YANDIRILDI
1298
Danimarkada növbəti dəfə Quran və türk bayrağına qarşı təxribat xarakterli hücum olub.
"Unikal" xəbər verir ki, Danimarkada islamofob və ultra-millətçi olan Patrioterne Gar Live (Patriots Live) adlı marjinal qrupun üzvü Türkiyənin Kopenhagendəki səfirliyi qarşısında Türkiyə bayrağını və "Qurani-Kərim" kitabı yandırıb.
İslam əleyhinə pankartlar açan, İslamı təhqir edən şüarlar səsləndirən, Türkiyə bayrağına hörmətsizliklə hücum edən təxribatçı həmin anları sosial şəbəkə hesabında paylaşıb.
Hadisə yerinə polis cəlb olunub.