TƏBİB işçilərinin əməkhaqlarının məbləğini təsdiqləyəcək
1266
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi strukturunu, əməyin ödənişi fondunu, işçilərinin say həddini və əməkhaqlarının məbləğini təsdiqləyəcək.
Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” fərmanda əksini tapıb.
Fərmana əsasən, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi strukturunu, əməyin ödənişi fondunu, işçilərinin say həddini və əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğini bir ay müddətində təsdiq etməlidir. (apa)