\
20 Aprel 2024 - Şənbə

Hacı Şahinin yerinə o təyin olundu

Hacı Şahinin yerinə o təyin olundu
1236baxış

Bu gün Əli Şərbətov Məşədi Dadaş məscidinə imam təyin edilib.

Mediapress.azTrend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlar üzrə Komitənin sədri Mübariz Qurbanlı deyib.

Onun sözlərinə görə, məscidə yeni təyinatlar olacaq.

“ Əli Şərbətovun təqdimatı bu gün olacaq. O cümlədən məscidə qadın dini ayinlərinin icraçısı da təyin olunacaq”, - deyə o qeyd edib.

Qeyd edək ki, Məşədi Dadaş məscidinin imamı Hacı Şahin Həsənli bu il martın 2-də ürəktutmadan vəfat edib.