\
29 Mart 2024 - Cümə

Azərbaycanda uşaqlara ən çox qoyulan adlar açıqlanıb - SİYAHI

Azərbaycanda uşaqlara ən çox qoyulan adlar açıqlanıb - SİYAHI
1195baxış

Bu ilin dörd ayında Azərbaycanda uşaqlara ən çox qoyulan adlar məlum olub.

"Report" cari ildə uşaqlara qoyulan adlar arasında ilk onluğu təqdim edir:

Belə ki, bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda oğlan uşaqlarına ən çox verilən ad Uğurdur. Bu ad 548 uşağa qoyulub.

Bundan əlavə, doğumu qeydə alınan körpələrdən oğlan cinsindən olanlardan 533 uşağa Əli, 449 uşağa Yusif, 423 uşağa Hüseyn, 339 uşağa Məhəmməd, 300 uşağa Raul, 294 uşağa Ömər, 258 uşağa Murad, 231 uşağa Adəm və 200 uşağa isə Ayxan adı verilib.

Həmçinin bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda qız uşaqları arasında Zəhra adı birinciliyi qoruyub. Bu ad 476 uşağa qoyulub.

Bundan əlavə, 418 uşağa Məryəm, 352 uşağa Aylin, 350 uşağa Zeynəb, 323 uşağa Fatimə, 318 uşağa Nilay, 304 uşağa Ayla, 299 uşağa Mələk, 257 uşağa İnci və 232 uşağa Nuray adı verilib.