\
25 Noyabr 2024 - Bazar ertəsi

Yaddaş pozğunluğu olan 36 yaşlı kişi itkin düşüb - Foto

Yaddaş pozğunluğu olan 36 yaşlı kişi itkin düşüb - Foto
1279baxış

Bakıda yaddaş pozğunluğu olan 36 yaşlı şəxs itkin düşüb.

“Qafqazinfo” xəbər verir ki, Məlikov Eyvaz Cümşüd oğlu dünən günorta saatlarında yaşadığı Nizami rayonu Əzim Əzimzadə küçəsindəki evdən çıxıb və bir daha geri qayıtmayıb.

Ailəsindən bildirilib ki, E.Məlikov məhdudiyyətli şəxs olduğundan onun taleyindan narahatdırlar: “Biz Eyvazı “Ekan” adı ilə çağırdığımızdan o, adının “Ekan” olduğunu bilir. Ola bilər ki, dünən evdən çıxıb, evi tapmayıb ki, geri dönsün. Və ya kimsə görüb pis olub özü ilə evə aparıb. Başına nə gəldiyindən xəbərsizik, xahiş edirik onu görənlər bizə və ya polisə məlumat versin”.

E.Məlikovun itkin düşməsi ilə bağlı ərazi üzrə Nizami Rayon Polis İdarəsinə də məlumat verilib.

E.Məlikovun ailəsinin əlaqə nömrəsi: 050 426-76-04