\
23 Aprel 2024 - Çərşənbə axşamı

Siyəzəndəki sürüşmə bu ailələri evsiz qoydu - Video

Siyəzəndəki sürüşmə bu ailələri evsiz qoydu - Video
1257baxış

FHN-ə Siyəzən rayonunun Sədan kəndində torpaq sürüşməsi nəticəsində kənd sakinləri N.Qanbayeva və G.Məlikovanın yaşadıqları evin qəzalı vəziyyətdə olması və yaşayış üçün yararsız vəziyyətə düşməsi barədə məlumat daxil olub.

Mediapress.az nazirliyin saytına istinadən xəbər verir ki, FHN-in Şimal Regional Mərkəzinin əməkdaşları tərəfindən evləri təhlükəli vəziyyətə düşmüş Sədan kənd sakinləri üçün müvəqqəti yaşayış məqsədilə iki ədəd çadır qurularaq vətəndaşlara təhvil verilib.