\
24 Noyabr 2024 - Bazar günü

Türkiyənin vitse-prezidenti və 15 naziri deputat seçilib

Türkiyənin vitse-prezidenti və 15 naziri deputat seçilib
1352baxış

Türkiyədə 28-ci parlament seçkilərində Nazirlər Kabinetinin 15 üzvü və vitse-prezident Fuat Oktay deputat seçilib.

Mediapress.az xəbər verir ki, F.Oktay Türkiyə Böyük Millət Məclisində paytaxt Ankaranı təmsil edən deputatlardan biri olacaq. 

Bundan əlavə, xarici işlər naziri Mövlud Çavuşoğlu Antalyadan, milli müdafiə naziri Hulusi Akar Kayserinin yeni millət vəkili olublar.

Eyni zamanda, Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank, enerji və təbii sərvətlər naziri Fatih Dönmez, ədliyyə naziri Bekir Bozdağ, ailə və sosial xidmətlər naziri Derya Yanık, ətraf, şəhərçilik və iqlim naziri Murat Kurum, təhsil naziri Mahmut Özer, gənclər və idman naziri Mehmet Muharrem Kasapoğlu, ticarət naziri Mehmet Muş Samsundan, xəzinə və maliyyə naziri Nureddin Nebati, daxili işlər naziri Süleyman Soylu, nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu, kənd təsərrüfatı və meşəçilik naziri Vahit Kirişçi , əmək və sosial müdafiə naziri Vedat Bilgin Ankaradan deputat seçiliblər.

Məlumata görə, seçki qutularının açılması prosesi davam edir.

Qeyd edək ki, hazırkı məlumata görə, seçki qutularının 98 faizindən çoxu açılıb. Hakim Ədalət və İnkişaf Partiyasından (AK Parti) 266 millət vəkili, Cümhuriyyət Xalq Partiyasından (CHP) 168 millət vəkili, Yaşıl Sol Partiyasından 62 deputat, MHP-dən 51 deputat, İYİ Partidən 44 deputat, Yenidən Rifah Partiyasından 6 deputat, Türkiyə İşçi Partiyasından (TİP) 4 millət vəkili yeni parlamentdə təmsil olunacaq.