\
24 Noyabr 2024 - Bazar günü

“Nəqliyyat axınının əksinə hərəkət edən sürücü barəsində tədbir görüləcək”

“Nəqliyyat axınının əksinə hərəkət edən sürücü barəsində tədbir görüləcək”
1414baxış

“Nəqliyyat axınının əksinə hərəkət edən sürücü barəsində qanunamüvafiq tədbir görüləcək”.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat verib. 

O bildirib ki, bu cür qayda pozuntusu  edən sürücü ətrafdakı hərəkət iştirakçılarına qarşı birbaşa təhlükə yaratmaqdır:

“Bu, çox ciddi qayda pozuntusudur və birmənalı olaraq avtomobili, digərlərinin üzərinə yəni axına qarşı sürmək deməkdir. Buna qətiyyən yol vermək olmaz. Sürücü müəyyən ediləcək və barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 327.4-cü maddəsi ilə protokol tərtib ediləcək. Faktla bağlı araşdırma aparılır. Bütün sürücülərdən yollarda diqqətli və məsuliyyətli olmaları tələb edilir. Fürsətdən istifadə edib hərəkət iştirakçılarından yol hərəkəti və təhlükəsizlik qaydalarına riayət etməyi xahiş edirik”.

10:12

Bakıda maşın hərəkətin əksinə doğru gedərək təhlükə yaradıb.

Oxu.Az-ın məlumatına görə, hadisə metronun “Nizami” stansiyası istiqamətində Cəfər Cabbarlı və Naxçıvan küçələrinin kəsişməsində qeydə alınıb.

Belə ki, VAZ-21099 markalı maşın hərəkətin əks istiqamətində irəliləməklə digər nəqliyyat vasitələrinə təhlükəli anlar yaşadıb. 

Həmin videogörüntüləri təqdim edirik: