\
24 Noyabr 2024 - Bazar günü

İntihar edən 14 yaşlı qız azərbaycanlı müğənninin qohumu imiş - Video

İntihar edən 14 yaşlı qız azərbaycanlı müğənninin qohumu imiş - Video
1411baxış
Müğənni Əbdül Xalid qohumunun başına gələn bədbəxt hadisədən danışıb. 
 
AZXEBER.COM xəbər verir ki, aparıcı Lamiyyə Ələkbərovanın "Həyat tərzi" proqramına qonaq olan ifaçı son zamanlar yeniyetmələr arasında  intihar hallarının artdığını, hətta öz əmisioğlunun 14 yaşlı qızının da canına qəsd etdiyini deyib:
 
"Bu yaxınlarda başımıza bədbəxt hadisə gəldi. Bu barədə mətbuatda sosial şəbəkələrdə də məlumat yayıldı. İnanın ki, onun canına qəsd etməsinin səbəbi bilinmir. O, özünü çoxmərtəbəli binanın 15-ci mərtəbəsindən atıb. Burada məktəbin, təhsilin və evdə valideynlərinin də çox böyük rolu var.
 
Atası eyvandan qızına baxıb. O isə aşağıdan onunla salamlaşıb. Görün, bu qız beynində özünü atmasını necə formalaşdırıb. Atası deyib ki, blokun qapısı açın, qızım gəlir. Özü də pəncərəni bağlamaq istəyəndə görüb yuxarıdan nəsə düşdü. Görün, bu valideyin üçün nə deməkdir?".
 
Xatırladaq ki, hadisə 13 gün əvvəl Nərimanov rayonu ərazisində baş verib. 14 yaşlı qız çoxmərtəbəli binanın 15-ci mərtəbəsindən özünü ataraq intihar edib.