\
26 Aprel 2024 - Cümə

İyunun 6-dan şagirdlərin elektron yerdəyişməsi dayandırılacaq

İyunun 6-dan şagirdlərin elektron yerdəyişməsi dayandırılacaq
1349baxış

6 iyun saat 18:00-dan 2022-2023-cü tədris ili üzrə şagirdlərin elektron yerdəyişməsi dayandırılacaq.

Bu barədə APA-ya Elm və Təhsil Nazirliyindən xəbər verilib.

Növbəti tədris ili üçün şagird yerdəyişmə sisteminin aktiv ediləcəyi tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Qeyd edək ki, şagirdlərin yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir.