Şabranda 65 yaşlı kişi itkin düşüb
![Şabranda 65 yaşlı kişi itkin düşüb](https://img.mediapress.az/news/2023/05/photo_24533.jpg)
1333baxış
Şabran rayonunda 65 yaşlı kişi itkin düşüb.
Bu barədə Mediapress.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.
Bildirilib ki, rayonun Qələgah kənd sakini, 1958-ci il təvəllüdlü Ənvər Müslümov mayın 25-i saat 04:00 radələrində yaşadığı evdən "Mercedes" markalı avtomobil ilə çıxaraq naməlum istiqamətə gedib və indiyədək geri qayıtmayıb.
![](https://static.report.az/photo/9468f053-4d43-3180-9721-f61b86cbfa0b.jpg)
Qeyd edək ki, həmin avtomobil bir müddət sonra kənd ərazisində aşkar edilib.
Onu tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102" Xidməti Zəng Mərkəzinə, eləcə də Şabran Rayon Polis Şöbəsinin (+994) 70 233 27 23 mobil nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur.