Rusiya hərbi qüvvələri Xarkov vilayətini atəşə tutub, yaralılar var
1381
Rusiya hərbi qüvvələri Ukraynanın Xarkov vilayətinin Kovşarovka kəndini atəşə tutub, yaralılar var.
APA UNİAN-a istinadən xəbər verir ki, bu barədə Xarkov vilayətinin rəhbəri Oleq Sinequbov bildirib.
Onun sözlərinə görə, atəş nəticəsində 73, 85 və 90 yaşlı 3 nəfər, o cümlədən hamilə qadın, 14 yaşlı yeniyetmə və 10 yaşlı uşaq xəsarət alıb.
Kənddə yataqxana binası, 2 fərdi yaşayış evi və qaz xətti zədələnib.
Rusiya qüvvələri Qluşkovka kəndini də atəşə tutublar. Orada 60 yaşlı qadın yaralanıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.