\
18 Aprel 2024 - Cümə axşamı

Audiovizual Şuranın aparat rəhbəri televiziya kanallarındakı nöqsanlardan danışıb

Audiovizual Şuranın aparat rəhbəri televiziya kanallarındakı nöqsanlardan danışıb
1306baxış

"Audiovizual mediada müəyyən qüsurlar var".

Bunu Audiovizual Şuranın aparat rəhbəri Fazil Novruzov “Audiovizual mediada uşaq hüquqlarının qorunması” mövzusunda dəyirmi masada çıxışı zamanı deyib.

O, həmin qüsurların cəmiyyəti narahat etdiyini bildirib. Aparat rəhbəri həmçinin bu istiqamətdə mütəmadi olaraq monitorinqlərin keçirildiyini və nöqsanlarla bağlı araşdırmaların aparıldığını vurğulayıb.

F.Novruzovun sözlərinə görə, bəzi hallarda monitorinqdə aşkarlanmayan pozuntular şikayət əsasında müəyyən edilib.

"Bəzən pozuntulara görə yayım dayandırılır. Yayımçı üçün yayımın dayandırılması maliyyə sanksiyasından ağırdır", - F.Novruzov əlavə edib.(report)