\
21 Sentyabr 2024 - Şənbə

Piyadanı vurub qaçan sürücü tutuldu - Video

Piyadanı vurub qaçan sürücü tutuldu - Video
1277baxış

Lənkəranda piyadanı vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb.

DİN mətbuat xidmətinin Lənkəran regional qrupundan Mediapress.az-a bildirilib ki, hadisə iyunun 6-da saat 23 radələrində Lənkəran rayonunun Vilvan kəndi ərazisində baş verib. Müəyyən edilməmiş avtomobillə həmin kəndin sakini piyada Hüseyn Əliyev vurulub və nəticədə aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Lənkəran ŞRPŞ-nin keçirdiyi tədbirlərlə hadisəsini törədərək qaçmış “Khazar” markalı avtomobilin sürücüsü, Murad Abdullazadə müəyyən edilərək istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.