\
21 Sentyabr 2024 - Şənbə

Bərdədə canavarlar təsərrüfata hücum edib - Foto

Bərdədə canavarlar təsərrüfata hücum edib - Foto
1288baxış

Bərdədə canavarlar kəndə hücum edib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Çələbilər kəndində qeydə alınıb. Kənd ərazisində məskunlaşan Ağdam rayon sakini Vüqar Əhmədova məxsus təsərrüfata hücum edən canavarlar 24 baş qoyunu tələf edib, 20 baş qoyunu yaralayıblar. 15 baş qoyunun isə yoxa çıxdığı bildirilir.