“ASAN ödəniş” sistemi adından saxta səhifə açılıb - Xəbərdarlıq
1350
Kiberdələduzlar tərəfindən “ASAN ödəniş” sistemi adından “asanodeme.org” adlı saxta veb-səhifə yaradılaraq vətəndaşlara pulsuz mobil internet və danışıq dəqiqələri qazanmaları təklif edilir.
Bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.
Bildirilir ki, vətəndaşlardan vəd olunan bonusları qazanmaları üçün saxta veb-səhifə vasitəsilə bank və digər fərdi məlumatlarını daxil etmələri tələb olunur.
Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə vədlərə etimad etməməyi, hər hansı qurumun həyata keçirdiyi kampaniyalarla bağlı məlumatlarla qarşılaşdıqda, ilk növbədə, həmin qurumla əlaqə saxlamağı və yaxud qurumun rəsmi veb-saytına daxil olaraq məlumatı dəqiqləşdirməyi tövsiyə edir.