\
15 Oktyabr 2024 - Çərşənbə axşamı

Yunanlar Makedoniyanın adının dəyişməsini tələb edirlər - Makedoniya Yunanıstandır

Yunanlar Makedoniyanın adının dəyişməsini tələb edirlər - Makedoniya Yunanıstandır
1585baxış

Artıq 30 ildir ki, Makedoniya ilə Yunanıstan arasında birincinin adı ilə bağlı problemlər yaşanır. Belə ki, Makedoniya adında Yunanıstanda vilayət var. Buna baxmayaraq, keçmiş Yuqoslaviya respublikası Makedoniyanı 142 dövlət tanıyır.  Bununla belə, məhz Yunanıstanın təkidi ilə indiyədək Makedoniyanın adı beynəlxalq aləmdə “Keçmiş Yuqoslaviya Respublikası Makedoniya” kimi qeyd olunur. Bu hal nə makedonları, nə də yunanları qane etmir. Son günlər hər iki ölkənin baş nazirləri problem ətrafında ciddi düşünməyə başlayıblar. Skopye və Afina rəsmiləri bu məsələ ətrafında tez-tez təmasa girirlər.

Mediapress.az RİA Novosti-yə istinadən xəbər verir ki, Makedoniya adına görə NATO və Avropa ittifaqına daxil ola bilmir. Dünən axşam Yunanıstanın 23 şəhərində baş tutmuş çoxminlik mitinqlər qonşu dövlətin adının dəyişdirilməsi tələbini irəli sürüb. “Makedoniya Yunanıstandır” şüarları səsləndirilib və baş nazirdən tələb olunub ki, qonşu dövlətin adından Makedoniya kəlməsi tam çıxarılana qədər Zoran Zayevlə razılığa gəlinməsin. 

Mitinqlər yerli vaxtla saat 22:00-a qədər davam edib və insidentsiz ötüşməyib.

Növbəti mitinqin 8 iyul tarixində ölkənin paytaxtı Afinada keçirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, Makedoniyann baş naziri Zoran Zayev ölkəsinin adının indiki formasından narazı olsa da, tamamilə başqalaşdırılmasının da əksinədir. Rəsmi Afina isə sözün kökünün tam dəyişdirilməsini tələb edir.