\
21 Sentyabr 2024 - Şənbə

Ərdoğanın şərəfinə “Gülüstan” sarayında ziyafət verildi - Fotolar

Ərdoğanın şərəfinə “Gülüstan” sarayında ziyafət verildi - Fotolar
1365baxış

Bu dəqiqələrdə Bakıda, “Gülüstan” sarayında Azərbaycan Prezidentinin dəvəti ilə ölkəmizdə səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə dövlət ziyafəti verilir.

Tədbir konsert proqramı ilə davam edir.

***

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı və birinci xanım Əminə Ərdoğanı qarşılayıblar.

Ziyafət konsert proqramı ilə davam edib.

Konsert proqramında ölkəmizin tanınmış mədəniyyət və incəsənət nümayəndələrinin ifasında Azərbaycanın və Türkiyənin xalq mahnılarından və klassik musiqilərindən nümunələr səsləndirilib.