\
21 Sentyabr 2024 - Şənbə

Zirəddin Rzayev Beynəlxalq Forumda - FOTO - Eksklüziv

Zirəddin Rzayev Beynəlxalq Forumda - FOTO - Eksklüziv
1460baxış
Həmyerlimiz - kliniki psixoloq, Rusiya Dövlət Dumasının əməkdaşı Zirəddin Rzayev 14-17 iyun 2023-cü il tarixlərində Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumuna dəvət alıb. Mediapress.az-ın məlumatına görə, forumda iştirak edən həmyerlimizin Rusiya Federasiyasının Tikinti, Mənzil və Kommunal Təsərrüfat naziri İrek Envaroviç Fayzullin ilə həmsöhbət olması bir daha onu göstərir ki, Zirəddin Rzayev təkcə kliniki psixologiya və ekstrasensorika sahəsində deyil, həm də dövlətlər səviyyəsində özünə məxsus nufuza sahibidir. Kliniki psixologiya, fəlsəfə və pedagoji elmlər üzrə ali təhsilə sahib həmyerlimizə atdığı hər addımda böyük uğurlar və müvəffəqiyyətlər arzulayırıq. Çünki dünyanın hansı bölgəsində olurlarsa olsunlar, azərbaycanlılar bizim vətəndaşılarımızdırlar və onların uğurları iftixarvericidir.