\
24 Noyabr 2024 - Bazar günü

Tovuzda 21 yaşlı qadın doğuşdan bir gün sonra xəstəxanada ölüb

Tovuzda 21 yaşlı qadın doğuşdan bir gün sonra xəstəxanada ölüb
1366baxış

Tovuz rayonunda gənc qadın doğuşdan sonra xəstəxanada ölüb.

"Report"un Qərb bürosunun məlumatına görə, iyunun 14-də rayon sakini, 2002-ci il təvəllüdlü Aygün Nəcəfova doğuş üçün Tovuz Mərkəzi Rayon Xəstəxanasına müraciət edib.

Qadın oğlan uşağı dünyaya gətirib. Doğuşdan 1 gün sonra isə A.Nəcəfova xəstəxanada vəfat edib.

Onun dünyaya gətirdiyi uşağın sağlıq durumu normaldır.

Hazırda qadının ölüm səbəbi isə araşdırılır.