\
21 Sentyabr 2024 - Şənbə

Gəncəni sel basıb

Gəncəni sel basıb
1330baxış

Gəncəyə küləklə müşahidə olan güclü yağış yağıb.

APA-nın yerli bürosunun məlumatına görə, bu gün saat 13:30 radələrində güclü yağış yağıb.

Nəticədə bir neçə küçəyə sel gəlib, bəzi küçələrdə avtomobillərin və insanların hərəkətində çətinliklər yaranıb. Hazırda yağış davam edir.

Qeyd edək ki, Qərb bölgəsini əhatə edən rayonlarda yağışlı hava şəraiti davam edir.