\
24 Noyabr 2024 - Bazar günü

Dənizdə batan gənclərin cəsədi tapıldı - Biri tələbə imiş

Dənizdə batan gənclərin cəsədi tapıldı - Biri tələbə imiş
1344baxış

Buzovnada dənizdə batan gənclərin meyitləri tapılıb.

“Qafqazinfo”nun əldə etdiyi xəbərə görə, 23 yaşlı İsgəndər Əhmədov və 22 yaşlı Samir Əhədlinin nəşi dalğaların təsiri ilə sahilə çıxıb. Onların meyitləri aidiyyəti üzrə təhvil verilib.

Zərdab rayonunun Gəlmə kənd sakini olan S. Əhədli tələbə olub. O, Azərbaycan Texniki Universitetində təhsil alırmış.

Qeyd edək ki, gənclər iyunun 20-də batmışdı.