“Titanik”in rejissoru “Titan” faciəsindən danışdı - Video
1345
Əfsanəvi “Titanik” filminin rejissoru Ceyms Kemeron “Titan” batiskafı faciəsindən danışıb.
“Qafqazinfo” xəbər verir ki, o, ABC News telekanalına müsahibəsində hadisələrin bənzərliyindən təəccübləndiyini deyib.
Kemeronun sözlərinə görə, 1912-ci ildə batmış laynerin kapitanına qarşıda olan aysberqlə bağlı xəbərdarlıq etsələr də, o qulaq asmayıb.
Qeyd edək ki, “Titan” batiskafı göyərtəsində olan 5 nəfəri “Titanik”ə doğru aparırdı. “Titan”da baş vermiş partlayış səbəbindən ekipajın bütün üzvləri ölüb.