\
24 Noyabr 2024 - Bazar günü

42 yaşlı bağça müdiri iş yerində öldü

42 yaşlı bağça müdiri iş yerində öldü
1349baxış

Qaxda bağça müdiri vəfat edib.

Hadisə rayonun İlusu kəndində baş verib. Kəndin uşaq bağçasının rəhbəri, 1981-ci il təvəllüdlü Məmmədova Məleykə Mahmud qızı işdə olarkən oturduğu yerdə halı qəfil pisləşib və yıxılıb.

Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılsa da, M.Məmmədova həyatını itirib. Onun ürəktutmadan öldüyü bildirilir.

Qeyd edək ki, Məleykə Məmmədova 15 ildən artıq müddətdə İlisu kənd uşaq bağçasının müdiri vəzifəsində şalışıb.