\
21 Sentyabr 2024 - Şənbə

“Əlil qadınların cəmiyyətə inteqrasiyasında dövlət qurumlarının rolu böyükdür” - Fotolar

“Əlil qadınların cəmiyyətə inteqrasiyasında dövlət qurumlarının rolu böyükdür” - Fotolar
1744baxış

“Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin (ƏQC.İB) Qadınlara qarşı zorakılığa son qoymaq üçün BMT-nin Etimad Fondunun (UN Trust Fund) maliyyə dəstəyi ilə növbəti təlim keçirib.

Mediapress.az-ın məlumatına görə, “Bakı, Gəncə şəhərləri, Qusar, Quba. Xaçmaz rayonlarında əlilliyi olan qadın və qızların ictimai xidmətlərə çıxışının təkmilləşdirilməsi” layihəsi dövlət qurumlarının əməkdaşları üçün təşkil olunub.

Tədbiri çıxış sözü ilə “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin sədri Məhluqə Rəhimova açıb. O, layihənin keçirilməsinin məqsədindən danışıb, dövlət qurumlarının əməkdaşlarına geniş məlumat verib. “Təlimdə əsasən, dövlət təşkilatlarının işçilərinə və xidmət personalı üçün əlilliyi olan qadınlar və qızlarla peşəkar etik ünsiyyət üzrə praktiki təlim nəzərdə tutulub. Bundan başqa əlilliyi olan qadın və qızlar, onların ailə üzvləri üçün faydalı olan müxtəlif dövlət xidmətləri barədə, o cümlədən onlara qarşı zorakılığın müxtəlif formalarının tanınması ilə bağlı təlimatlandırılma aparılacaq”, – birliyin sədri bildirib.

Sonra peşəkar təlimçi, Etika Akademiyasının direktoru Günel İbrahim iştiraklara birgə yaşamaq mədəniyyəti, etik davranıış qaydaları, əlilliyi olan qadınlarla davranış etikası, öhdəliklərimiz, ictimaiyyətin vəzifələri ilə bağlı təlim keçib. O, çıxışında hökümət təşkilatlarına, sosial, səhiyyə, ədliyyə, məşğulluq, təhsil, hüquq mühafizə orqanlarının əməkdaşlarına müxtəif növ əlilliyi və kommunikaisya çətinlikləri olan qadın və qızlar ilə peşəkar etik ünsiyyətin və onlara xidmət göstərməyə dair kommunikativ bilik və bacarıq sahələrini önəmə çəkib.

Xatırladaq ki, bu Bakıda gerşəkləşdirilən 2-ci təlimdir. 3 illik layihə çərçivəsində növbəti təlimin iyul ayında Quba rayonunda keçirilməsi planlaşdırılır.