Zabratda təndirxanada xəsarət alanların vəziyyəti ağırdır - TƏBİB
1394
Sabunçu rayonu Zabrat qəsəbəsində baş verən hadisə ilə əlaqədar TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına çağırış daxil olub və briqadalar dərhal hadisə yerinə cəlb olunub.
Bu barədə TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, xəsarət alan 4 nəfər (3-ü qadın, 1-i kişi olmaqla) müxtəlif dərəcəli yanıq xəsarətləri ilə TƏBİB-in tabeliyindəki Nərimanov Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Yanıq Mərkəzinə təxliyə olunublar.
Onların vəziyyətləri ağır olaraq qiymətləndirilir.