\
24 Noyabr 2024 - Bazar günü

Avtomobilin altında qalan uşağın ayağı amputasiya olundu

Avtomobilin altında qalan uşağın ayağı amputasiya olundu
1467baxış
Avtomobilin altında qalan uşağın ayağı amputasiya olunub
Bərdə rayonunda azyaşlının ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 
Avtomobil yolu keçən 2012-ci il təvəllüdlü Şahin Samir oğlu Abbasovun ayağının üzərindən keçib.
 
 
Yaralı ağır vəziyyətdə Bakıda yerləşən xəstəxanaların birinə gətirilib. Müayinə zamanı ona sağ ayağın bud nahiyəsinin natamam amputasiyası diaqnozu qoyulub. Azyaşlının ayağı amputasiya olunub.
 
Hadisənin təfərrüatı araşdırılır.