\
24 Noyabr 2024 - Bazar günü

“Əlil Qadınlar Cəmiyyəti” 6 aylıq hesabatını açıqladı - Video

“Əlil Qadınlar Cəmiyyəti” 6 aylıq hesabatını açıqladı - Video
1583baxış

“Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin sədri Məhluqə Rəhimova BMT-nin Etimad Fondunun (UN Trust Fund) maliyyə dəstəyi ilə “Bakı şəhəri, Gəncə şəhəri və Quba-Xaçmaz bölgəsində əlilliyi olan qadın və qızların ictimai/dövlət xidmətlərinə çıxışının təkmilləşdirilməsi” adlı birgə həyata keçirdikləri layihənin 6 aylıq hesabatını ictimaiyyətə açıqlayıb.

Birlik sədri bu barədə Mediapress.az-a məlumat verib. M. Rəhimovanın sözlərinə görə, layihəni gerçəkləşdirməkdə məqsəd yoxsul ailələrdən, o cümlədən məcburi köçkün olan əlil qadınlar və qızlar üçün ictimai xidmətlərin əlçatanlığını və keyfiyyətini daha da artırmaqdır. “Bakı şəhəri, Gəncə şəhəri və Quba, Xaçmaz, Qusar rayonlarında əlilliyi olan qadınlar və qızlar (əsasən az gəlirli ailələrdən, məcburi köçkün ailələrindən və digər həssas əhali qruplarından) layihənin əsas hədəf qrupu və benefisiarlarıdır. Sosial, səhiyyə, ədliyyə, məşğulluq, təhsil, hüquq mühafizə və digər sahələrdə ictimai/dövlət xidmətləri göstərən qurumlar və onların rəhbər heyəti və xidmət personalı əməkdaşları; yerli icmalar; əlilliyi olan qadınların və qızların ailələri, media qurumları layihənin maraqlı tərəfləri və benefisiarlarıdır. Layihənin icra müddəti 36 aydan (sentyabr 2022 – avqust 2025) ibarətdir”.

Layihənin ilk altı ayı üçün nəzərdə tutmuş fəaliyyətlərinə uyğun olaraq aşağıdakı təbdirlər həyata keçirilib.

1. Sorğu materiallarının hazırlanması və sorğuların keçirilməsi
Bakı, Gəncə, Quba şəhərlərində və Qusar və Xaçmaz rayonlarında əlilliyi olan qadınlar və qızlar və onların ailə üzvləri arasında həyata keçirilməsi üçün sorğu formasının ilkin qaralaması və daha sonra layihənin işçi qrupu tərəfindən müzakirə olunaraq, əlavələr və dəyişikliklər edilərək yekun versiyası hazırlanmışdır. Sorğunun həyata keçirilməsində məqsəd ictimai yerlərdə əlilliyi olan qadınlara və qızlara qarşı zorakılığın əsas səbəblərini və hallarını aşkar etmək idi. Sorğunun həyata keçirəcək “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin (ƏQC.İB) bölgə nümayəndəlikləri üçün xüsusi təlimatlar hazırlanmış və onlar üçün ZOOM üzərindən onlayn təlim keçirilmişdir. Bakı, Gəncə, Quba şəhərlərində və Qusar və Xaçmaz rayonlarında 500 nəfərdən ibarət əlilliyi olan qadınlar və qızlar və onların ailə üzvləri arasında sorğu həyata keçirilmişdir və hal-hazırda həmin sorğular komanda üzvləri tərəfindən qiymətləndirilir və daha sonra isə nəticəsi haqqında hesabat hazırlanacaqdır.

2. Dövlət, vətəndaş cəmiyyəti və özəl təşkilatlar üçün tərəfimizdən hazırlanan maarifləndirilmə materialları:
– Təlimatın hazırlanması; Dövlət, vətəndaş cəmiyyəti və özəl təşkilatları ilə layihənin məqsədi, məramı, birgə əməkdaşlıq, görüləcək işlər, layihənin uğurları, əhatə edəcək təsirləri ilə bağlı təlimat hazırlandı.
– Memorandum Müqavilə forması hazırlanması; Dövlət, vətəndaş cəmiyyəti və özəl təşkilatlarla ilkin olaraq əməkdaşlıq əlaqələrinin qurulması məqsədi ilə memorandumların bağlanması üçün qarşılıqlı Müqavilə forması hazırlandı.
– Koordinasiya Şurasının Əsasnaməsinin hazırlanması; Dövlət, vətəndaş cəmiyyəti və özəl təşkilatları ilə görüşlər zamanı Koordinasiya Şurasının yaranmasına ehtiyyac duyulduğundan İlkin olaraq Əsasnamə hazırlandı. Dəyirmi masalarda birgə əməkdaşlığa xüsusi önəm verilərək, tərəfimizdən hazırlanan əsasnamənin müzakirəsi də təşkil edildi.

3. Əməkdaşlıq üçün əlaqələrin yaradılması.

Layihə çərçivəsində müxtəlif təşkilatların, əsasən dövlət təşkilatlarının, həmçinin qeyri-hökumət və biznes təşkilatlarının rəhbər işçiləri ilə əlaqələr quruldu və layihənin müvəffəqiyyətlə həyata keçirlməsi üçün onlarla əməkdaşlıq edilməsi barəsində razılıq əldə olundu. İlkin olaraq 10 təşkilatlala əlaqələr yaradılmış, görüşlər keçirilmişdir.
1) AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi,
2) AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi,
3) Kiçik və Orta Biznesin İnkişafı Agentliyi,
4) Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
5) Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST Agentliyi),
6) AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi,
7) Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN xidmət),
8) AR.Mədəniyyət Nazirliyi,
9) AR. Elm və Təhsil Nazirliyinin Bakı Təhsil İdarəsi
10) Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi,
Qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulmasının nəticəsində Bakı şəhərində və bölgələrdə dövlət qurumlarının əməkdaşlarının iştirakı tərəfimizdən yüksək qiymətləndirilir. Qarşılıqlı əməkdaşlıq əlaqələrinin yaradılması və onlara layihə haqqında geniş məlumat, qarşılıqlı əməkdaşlıq üçün memorandum və əsasnamələr göndərildi. Azərbaycan Respublikasının Prezident Aparatı ilə yaxından əməkdaşlıq edildi və yerli icra hakimiyyətlərinə layihə çərçivəsində həyata keçirilən tədbirlərdə iştirak etmələri barədə Prezident Aparatından xüsusi göstəriş verildi. Dəyirmi masa və seminarlar zamanı iştirakçılar tərəfindən təklif olunan dövlət, vətəndaş cəmiyyəti və özəl təşkilatlarla əlaqələr yaradıldı və əməkdaşlıq üçün lazımı məlumat verildi.
1. Bakı şəhər icra hakimiyyəti,
2. Gəncə şəhər icra hakimiyyəti,
3. Quba Rayon İcra Hakimiyyəti,
4. Qusar Rayon İcra Hakimiyyəti,
5. Xaçmaz rayon icra hakimiyyəti,
6. AR. Rəqəmsal Inkişaf və Nəqliyyat Nazirliyi,
7. AR. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi,
8. AR. Mədəniyyət Nazirliyi,
9. AR. Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi,
10. Baki sigorta idarəsi

4. Dəyirmi masalar
Hesabat dövrü ərzində nəzərdə tutulmuş 3 dəyirmi masa həyata keçirildi:
1. Gəncə – 26 yanvar, 2023
2. Bakı – 14 fevral, 2023
3. Quba – 16 fevral, 2023
Dəyirmi masanin həyata keçirilməsində məqsəd dövlət, vətəndaş cəmiyyəti və özəl təşkilatlarının iştirakı ilə əlilliyi olan qadın və qızlara qarşı ictimai yerlərdə olan münasibətin dəyişməsi və onlara qarşı olan zorakılıq hallarının azaldılması və qarşısının alınması, onlar üçün icitmai xidmətlərin müyəssərliyinin və keyfiyyətinin yaxşılaşdırılması sahəsində tədbirləri üçün yerli fəaliyyət planlarının hazırlanmasıdır. Dəyirmi masada müxtəlif hökümət, qeyri-hökümət və biznes təşkilatları iştirak etmişdir. Dəyirmi masalar zamanı dövlət qurumlarından ibarət Bakı, Gəncə və Quba koordinasiya şuraları yaradıldı, şuraların üzvləri seçildi və üzvlərin vəzifələri müzakirə olunaraq razılaşdırıldı. Koordinasiya şurasının məqsədi layihənin əsas benefisiarları olan əlilliyi olan qadın və qızların dövlət xidmətlərinə çıxışının asanlaşdırılması üçün birgə fəaliyyətlərin müəyyən edilməsi, koordinasiyası və icra edilməsidir. Qubada keçirilən dəyirmi masa zamanı operatıv mobıl dəstək komandasının tətbiqi təklifi edildi. Layihə müddətində və layihədən sonrada əlilliyi olan qız və qadınların bütün sahələrdə qarşılaşdıqları problemlər Koordinasiya şurasının üzvləri tərəfindən operatıv mobıl dəstək komandasının köməyi ilə problemlər öz həllini ən qısa zamanda tapması ilə bağlı müzakirələr aparıldı. Tədbir zamanı iştirakçılar əlilliyi olan qadın və qızların ictimai yerlərdə qarşılaşdığı problemlər və onlara qarşı ayrıseçkiliklər və onların həll yolları haqqında geniş müzakirə edildi.
Hər üç dəyirmi masa üçün gündəliklər tərtib olundu, iştirakçıların siyahısı tutuldu və müzakirələr və qeyd edilmiş problemlər qeydə alındı. Dəyirmi masanın hər birində təxminən 35 nəfər iştirak etmişdir.

5. Seminarlar

Əlillyi olan qadınlara və qızlara qarşı ictimai yerlərdə münasibət və davranış problemlərinə və zorakılığa dair və onların yaşadığı icmalar tərəfindən dəstəklənməsinin vacibliyi ilə bağlı yerli icma üzvləri üçün mütamadi seminarlar keçirilmişdir və diskrimasiyanın aradan qaldırılmasının yolları müzakirə edilmişdir. Hesabat dövrü ərzində ərzində nəzərdə tutulmuş 5 seminar həyata keçirildi:
1. Gəncə – 27-28 yanvar, 2023
2. Bakı – 3-4 fevral, 2023
3. Bakı – 10-11 fevral, 2023
4. Quba – 17-18 fevral, 2023
5. Bakı – 24-25 fevral, 2023
Seminarlar zamanı Bakı, Gəncə və Quba şəhərlərində fəaliyyət göstərən yerli icmalar, əlilliyi olan şəxslərin qohumları və özləri iştirak etmişdilər. Seminarlar zamanı Bakı, Gəncə və Qubada əlilliyi olan qadınlardan və icma üzvlərindən ibarət koordınasıya şuraları yaradılmışdır.
Koordınasıya şurasının məqsədı: Əlilliyi olan qız və qadınların problemləri, çətinlikləri və şikayətlərinin aidiyyatlı bu layihə çərçivəsində yaradılan dövlət orqanlarından ibarət Koordinasiya Şurasına operativ ötürülməsidir. Bununla bağlı əlillyi olan qadınlara və qızlara qarşı ictimai yerlərdə münasibət və davranış problemlərinə, zorakılığa və ayrıseçkiliyə dair müraciətlərin tez bir zamanda həll edilməsinə bir dəstək vermiş olunur.
Seminarlarda sorğularda iştirak edən əlilliyi olan qız və qadınlarla bərabər cəmiyyətin tanınmış simaları da iştirak etdilər. Seminarların keçirilməsi üçün layihədə nəzərdə tutulan hər bir ərazi üzrə gündəlik tərtib olundu. İştirakçıların qeydiyyat siyahısı tutuldu, qiymətləndirilmə aparıldı və müzakirələr və qeyd edilmiş problemlər qeydə alındı. Bəzi problemlərin həllinə müzakirələr zamanı dəstək verildi, əlaqədar qurumlara yönləndirildi. Seminarların hər birində təxminən 25-30 nəfər iştirak etmişdir.

6. Press relizlər

Layihə çərçivəsində görülmüş işlərlə bağlı məlumatlar mütəmadi olaraq təşkilatın saytı, facebook və istaqram səhifələri və həmçinin ölkənin qabaqcıl xəbər saytları və kanalları vasitəsilə icitmaiyyətə çatdırılmışdır:
https://dwsa.az/az/news/read/37?fbclid=IwAR0qRiWjl8dveL1bcRVkkEX3bhuQxQ29xHxRepQChBzQrefGQGVnRHwQMsE
https://dwsa.az/news/news/read/37
https://dwsa.az/az/project/read/22?fbclid=IwAR2MwHxa1nHZt3mP9DS-2-9a6NRGSLEdtJHp7Nt03yD_LFJ5A5r_r0ztvf8
https://dwsa.az/az/news/read/27?fbclid=IwAR0IpPbc5pU4G7rq6qDz34GfHZemPANrpjqrJnD7xCFaYABds1_l-oCIlZA
https://dwsa.az/news/project/read/19
https://dwsa.az/news/project/read/19
https://dwsa.az/news/news/read/34
https://dwsa.az/az/news/read/44?fbclid=Iwhttps://dwsa.az/news/news/read/34
AR3xWY7fWuPw_Z84E-Fs558I2bYUp5QPHjR25EG7mPBlv_Tlp1O4aDdxbHc
https://dwsa.az/en/project/read/20
https://dwsa.az/en/news/read/38
https://44gun.org/gundem/1906-quba-rayonunda-ctimai-yerlerde-elilliyi-olan-qadin-ve-qizlara-qarshi-psixoloji-ve-emosional-zorakilig-movzusunda-tedbir-kechirilib.html?fbclid=IwAR3nVahS3iM-iUXYJWCDOqR8HdTHegPMfu1s956swHPpnK7jOMDEug9_PxQ
https://vetenim-azerbaycandir.az/gundem/8306-quba-rayonunda-ctimai-yerlerde-elilliyi-olan-qadin-ve-qizlara-qarshi-psixoloji-ve-emosional-zorakilig-movzusunda-tedbir-kechirilib.html?fbclid=IwAR0wvksfaGm57YQ4kFReo4xwkJOUf32Wl64ADAvkoFuwaBLEMVJUPhYRgBE
https://vetenim-azerbaycandir.az/gundem/8306-quba-rayonunda-ctimai-yerlerde-elilliyi-olan-qadin-ve-qizlara-qarshi-psixoloji-ve-emosional-zorakilig-movzusunda-tedbir-kechirilib.html?fbclid=IwAR1YGinTz1_nAQ0go3akO6QjtXOoT5EF6Byzv-DR9A-lz4KGduWfW771-nI
https://qht.az/details/az/19879?fbclid=IwAR07F3p2U2Hb_vKKj2EuGKHHya_ZA56dN2o5Fu2QtZ9bfMFdxjICYz0Qalc
https://media.az/society/1067896041/v-azerbaydzhane-sozdan-proekt-dlya-pomoschi-zhenschinam-i-devochkam-s-ogranichennymi-vozmozhnostyami/?fbclid=IwAR2ZpKtEgrVYEd_tgvryQyoWCXMVGOTzhDFfUb4EL8ts1SkCR1CRDY-SV4Q
https://report.az/daxili-siyaset/elil-qadinlarla-bagli-faaliyyat-plani-hazirlanir/
https://www.youtube.com/watch?v=jU2YQxfh-sQ
https://www.youtube.com/watch?v=35MpJuPUhlU

7. Nəticələr:

AR. Elm və Təhsil Nazirliyi,
AR. Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsi,
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN xidmət), AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi,
AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi,
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi,
İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı,
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi,
Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST Agentliyi),
AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi,
AR.Mədəniyyət Nazirliyi,
AR Rabitə və Texnologiyalar Nazirliyi
Əlaqədar qurumlara tərəfimizdən qarşılıqlı əməkdaşlıq üçün dəstək məktubları və email vasitəsi ilə əməkdaşlıq əlaqələrinin yaradılması üçün məlumatlar ünvanlanmışdı. Əməkdaşlığa ən çox ehtiyyac duyulan hüquq mühafizə orqanlarına, AR Daxili İşlər Nazirliyi və AR Ədliyyə Nazirliyinə ilkin görüşümüz məqəsdi ilə müraciətlər ünvanlanmışdır.
Səhiyyə TV ilə memorandum müqaviləsi bağlandi. Dəyirmi masalar zamanı Səhiyyə TV vasitəsi ilə təbliğat və maarifləndirilmə işləri təmin edilir.
Əməkdaşlığımız sayəsində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin təşkilatçılığı ilə QHT-r tərəfindən 03.03.2023-cü il tarixində monitorinq təşkil olundu.
“Uşaq Reabilitasiya Mərkəzi”ndə QHT-lərlə görüş olub, rəy və təkliflər dinlənilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə Reabilitasiya Mərkəzlərinin monitorinqi məqsədi ilə razılıq əldə edilmişdir. İlkin olaraq 2 saylı Uşaq Reabilitasiya Mərkəzində QHT-lərin və bir qrup əlilliyi olan şəxslərin görüşünün təşkil edilməsi qarşılıqlı müzakirə edilmişdir.TSEK tərəfindən görüş keçirildi və QHT-r tərəfindən Reabilitasiya Mərkəzlərdə İnnovativlik yaradılması və inkişafı ilə bağlı təkliflər verilmişdir.
Görüşın məqsədi: Agentliyin fəaliyyəti, 18 yaşınadək əlilliyi olan uşaqlara göstərilən reabilitasiya xidmətləri barədə məlumat vermək, həmçinin QHT nümayəndələrinin rəy və təkliflərinin verilməsindən ibarət idi.

Operatıv mobıl dəstək komandası:
Dəyirmi masalar və seminarlar zamanı operatıv mobıl dəstək komandasının yaradılması problemi olan əlilliyi olan qız və qadınların problemlərinin həllində davamlı olaraq dəstək verir.

GƏNCƏ ŞƏHƏRİ
Gəncə sakini,. Fatma əlil arabası ilə təmin edildi.

Gəncə Ş. Ağır Yanıq- 4-cü dərəcə ilə əllillik qrupu ləğv edilən Günel İsgəndərovanın əlilliyinin bərpasına dəstək verildi.
Ələsgərova Günay, Sevinc anası qulaq aparatı ilə təmin edildi,
Hüseyinova Fatimə Cavid qızı- 2004-cü il- anadangəlmə böyrək çatışmamazlığı, eplersiya /2.11.2022.- əlilliyi bərpa edilib.
Vəliyeva Narın – Vəliyev Mustafanın anası, əlilliyi bərpa olundu:

KİV-də layihənin fəaliyyəti ilə bağlı gedən məlumatlandırılmalar zamanı bizdən dəstək istəyənlər.

1.Qocamanlı Məhəmməd Samir oğlu – Ş.V.Seriya. AZE № 18 65 16 96: 26.07.2002 1-ci qrup əlil: Matorlu və əl ilə əlil arabası, hamam üçün araba təmin edildi;
-Qəyyum anası Şahnaz Qocamanova Şahnaz Rza qızı.
2. Məmmədov İlqar Mahmud oğlu AZE № AA 233 76 48: 25.07.1982 1-ci qrup əlil
– Qəyyum Qardaşı Məmmədov Niyaməddin Mahmud o. 051 334 39 43- Matorlu və əl ilə əlil arabası, hamam üçün araba təmin edildi;
3. Məmmədli Nəbi Malik oğlu – AZE № AA 053 09 91 -Matorlu əlil arabası ilə təmin edildi; Uşağının əlilliyi bərpa olundu;

QUBA ŞƏHƏRI
Rahibə Musayeva – 1 qrup əlilliyin bərpası – qızı qəyyum-Musayeva Gülnaz
Daha 3 nəfər seminar iştirakşıları isə evlə bağlı, işlə bağlı, təhsillə bağlı müraciətlər əlaqəli qurumlara ünvanlandırılıblar.

BAKI ŞƏHƏRİ
İlhamə Qurbanova Məmməd qızı məcburi köçkündür. Bakı şəhərində yaşayır.Laçın rayonundan 1992-ci ildə 9 yaşında əsir düşüb. 1,5 ay əsirlikdə olub. Böyük işgəncələrə məruz qalıb. Onun sənədlərinin bərpası üzərində işləyirik. 3 uşağı var. Hər üçü də əlildir. Hal-hazırda 4-cü uşağa hamildir. Həkimlərə ünvanlamışıq. Qucağında olan uşaq da əsirlikdə ermənilər tərəfindən kor edilən Nurlanə Nursuzdu. Nuranənin təhsil almasına, işlə təmin olunmasına tərəfimizdən dəstək verilib. Şəkil əlavə edilir.

Səhiyyə TV-də ekspert qismində layihənin əməkdaşları Rəhimova Məhluqə, Babayeva Firuzə, Rizazadə İradə “TUT ƏLİMDƏN” verlişində iştirak ediblər. Layihənin mahiyyəti barəsində məlumatlandırılma aparılıb.

Əməkdaşlıq etdiyimiz Səhiyyə TV–yə 2 nəfər əlilin çətin həyat şəraiti olan ailələlərinin problemlərinin həlli məqsədi ilə canlı iştirakı təşkil edilmişdir. Layihə rəhbəri olaraq ekspert qismində iştirak edildi. Səhiyyə TV-yə müraciətin hər ikisini layihə rəhbərinə ünvanlandırıldı.
1) İlhamə Qurbanova Məmməd qızı, Laçın rayonundan 1992-ci ildə 9 yaşında əsir düşüb. 1,5 ay əsirlikdə olub. Böyük işgəncələrə məruz qalıb. Onun sənədlərinin bərpası üzərində işləyirik. 3 uşağı var. Hər üç uşağı əlildir.
2) Anası Nuranə Zamanlı- Şəmkir rayonu- Əlil Uşaq Nizami Zamanlı Adil oğlu – autizm xəstəsi
Əlilliyin bərpası problemi TSEK-də əyani baxışın təşkili və əlilliyin bərpası ilə bağlı rəhbərliyə layihə rəhbəri Məhluqə Rəhimova tərəfindən müraciət olundu və tez bir zamanda problem həllini tapdı.
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramova təşəkkürümüzü bildiririk.
EGE Klinikası və Səhiyyə TV-in birgə dəstəyi ilə 8 Mart Beynəlxalq Qadınlar Bayramı münasibəti ilə 20 nəfər müxtəlif kateqoriyalı əlilliyi olan qadınların və qızların müayinə və müalicəsi üçün aksiya keçirilmişdir. Bayram hədiyyələri ilə sevindirilmişdir.
1. Şıxıyeva Bahar
2.Pirimova Nəzakət
3.Qəniyeva Elmira
4. Aynurə Tağıyeva
5.Şüküfə Məmmədova
6.Sevinc Əliyeva
7.Məmmədli Qöncə
8.Məmmədova Südabə
9.Abbasova Dostu
10. Zeynalova Rüxsarə
11.Əsədova Dünya
12.Xəlilova Cəmilə
13. Səfərəliyeva Sevda
14.Kifayət Quluyeva
15.Talışeva Vera
16.Əbdülrəhmanova Elvira
17.Məhərrəmova Lamara
18.Səfərova Naiyət
19.Əliyeva Nəzakət
20.Babayeva Aybəniz

8. Müraciət mexanizmiləri;

Əlilliyi olan qız və qadınların həlli tapılmayan problemlərin həllinə dəstək məqsədi ilə müraciətləri onların özlərinin təklifləri ilə yaradılan Koordinasiya Şuralarına göndərilir. Koordinasiya Şuralarının tərkibinin iştirakı ilə daxili müzakirələr olunur. Problemlər çətin olduğu halda, həlli məqəsdi ilə Dövlət qurumlarının iştirakı ilə təşkil olunan Koordinasiya Şurasına göndərilir. Dövlət qurumlarından ibarət Koordinasiya Şurası tərəfindən daxili müzakirələr aparılaraq, məsələnin həllinə dəstək verilməsi üçün aidiyyatlı qurumlara ünvanlandırılır.

9. İdarəetmə görüşləri;

Mütəmadi olaraq həftədə bir dəfə layihə komandası mütəmadi görüşlər keçirilərək, iş planını və görüləcək işlər haqqında müzakirələr edilmişdir. Bundan əlavə fəaliyyətin ardıcıllığına nəzarət, yeniliklərin edilməsi, layihə komandası ilə msələhətləşmələr məqsədi ilə tez-tez onlayn görüşlər təşkil olunur və görülmuş işlər barəsində komanda üzvlərinə məruzələr edilmişdir.

10. Qarşıdakı təlimlər;

İctimai/dövlət xidmətləri göstərən qurumlarda çalışan əməkdaşlara müxtəif növ əlilliyi və kommunikaisya çətinlikləri olan qadın və qızlar ilə peşəkar etik ünsiyyətin və onlara xidmət göstərməyə dair kommunikativ bilik və bacarıqların öyrədilməsi üzrə təlimlərin (Təlimlər hissəsinə bax) həyata keçirilməsi aşağıda qeyd edilmiş tarixlərdə nəzərdə tutulur:

İkinci altı ayda həyata keçiriləcək tədbirlərin proqramı
Gəncə – Bakı, Bakı- Quba, Qusar, Xaçmaz, Bakı

Dəyirmi masa
25 aprel, 2023 – 25 iyum, 2023 – 17 iyul, 2023 – – –

Təlimlər : 26-27 aprel – 2023, 24-25 may – 2023, 21-22 iyun – 2023,  27-28 iyul – 2023,  18-19 iyul – 2023,  11-12 avqust, 2023

Seminarlar:  28-29 aprel, 2023 29-30 may, 2023 23-24 iyun, 2023 – – 20-21 iyul, 2023 22-23 iyul, 2023 –

Bununla yanaşı 9 gün Bakıda, 4 gün Gəncə və 2 gün Qubada ictimai/dövlət xidmətləri göstərən qurumlarda çalışan əməkdaşlar üçün əlil qadınlar və qızlar ilə peşəkar etik ünsiyyət üzrə fərdi praktiki məsləhətləşmələrin (konsultasiya günlərinin) həyata keçirilməsi nəzərdə tutulur.

 

 

“Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyi
Layihə rəhbəri: Məhluqə Rəhimova