\
21 Sentyabr 2024 - Şənbə

Türkiyə Yunanıstanın ölümə tərk etdiyi miqrantları xilas etdi

Türkiyə Yunanıstanın ölümə tərk etdiyi miqrantları xilas etdi
1485baxış

Türkiyənin sahil-mühafizə xidməti 12 qanunsuz miqrantın həyatını xilas edib.

 

Mediapress.az "TRT Haber"ə istinadən xəbər verir ki, Çanaqqala vilayətinin Ayvacık rayonu sahillərində köməksiz vəziyyətdə olan miqrantlar sudan çıxarılıb.

 

Egey dənizində Yunanıstan tərəfindən Türkiyə sularına doğru hərəkətə sövq edilən miqrantlar "TCSG-84" qayığı vasitəsilə sahilə gətirilib.

 

Miqrantlara zəruri yardım göstərildikdən sonra onların miqrasiya mərkəzinə təhvil verildiyi bildirilib.