\
21 Sentyabr 2024 - Şənbə

Dənizkənarı Milli Parkda dekorativ ağaca zədə vuran qadın saxlanılıb - VİDEO

Dənizkənarı Milli Parkda dekorativ ağaca zədə vuran qadın saxlanılıb - VİDEO
1422baxış

Dənizkənarı Milli Parkda dekorativ ağaca zədə vurulması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər araşdırılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev "Report"a bildirib ki, polis əməkdaşları tərəfindən həmin qadın müəyyən olunaraq saxlanılıb.

O, izahatında törətdiyi əməli etiraf edib.

Onun barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.