İsrailin Baş naziri xəstəxanadan evə buraxılıb
1289
İsrailin Baş naziri Binyamin Netanyahu Təl-Əviv yaxınlığındakı xəstəxanadan evə buraxılıb.
“Report” xəbər verir ki, bu barədə “Kan” radiostansiyası məlumat yayıb.
Daha əvvəl “Kan” radiosu xəbər vermişdi ki, Netanyahunun səhhəti pis olduğu üçün kortejinin müşayiəti ilə şənbə günü səhər tezdən gəldiyi “Tel HaShomer” xəstəxanasının kardiologiya mərkəzinin həkimləri gecə saatlarında Baş nazirin vəziyyətini müşahidə edəcəklər.