\
21 Sentyabr 2024 - Şənbə

Gəncədə itkin düşən yeniyetmə Bakıda tapılıb

Gəncədə itkin düşən yeniyetmə Bakıda tapılıb
1234baxış

İyul ayının 12-də Gəncə şəhər Baş Polis İdarəsinə şəhər sakini, 2009-cu il təvəllüdlü F.Məmmədovun yaşadığı evdən naməlum istiqamətdə gedərək bir daha geri dönməməsi barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov APA-ya bildirib ki, polis əməkdaşlarının keçirdikləri müvafiq axtarış tədbirləri nəticəsində F.Məmmədovun yeri Bakı şəhərində müəyyən edilərək ailəsinə təhvil verilib.