\
21 Sentyabr 2024 - Şənbə

Şotlandiyada 50-dən çox delfin sahildə ölü vəziyyətdə tapıld - VİDEO

Şotlandiyada 50-dən çox delfin sahildə ölü vəziyyətdə tapıld - VİDEO
1298baxış

Şotlandiyanın Lyuis adasının sahilində ölü vəziyyətdə 55 delfin aşkar edilib.

Delfinlər sürü halında sahilə atıldıqdan qısa müddət sonra tələf olublar.

“Delfinlər güclü sosial əlaqələri ilə seçilirlər, buna görə də tez-tez bir delfin sahilə atılanda, digərləri də onun ardınca hərəkət edirlər”, - “deyə British Divers Marine Life Rescue” xeyriyyə təşkilatının sözçüsü bildirib.

Qeyd olunur ki, xilasedicilərin və baytarların səylərinə baxmayaraq, sürü halında olan delfinlərin çoxu tələf olub. Qalan delfinləri xilas etmək mümkün olmadığından onlar baytarlar tərəfindən evtanaziya edilib.