MN: İyulda 610 hektaradək ərazi minalardan təmizlənib
Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının hissə və bölmələrinin fəaliyyəti nəticəsində azad edilmiş ərazilərdə cari ilin iyul ayı ərzində 610 hektaradək ərazi minalardan tam təmizlənib.
Müdafiə Nazirliyindən Mediapress.az-a verilən xəbərə işğaldan azad edilmiş ərazilərdə bu günə kimi mühəndis-istehkam bölmələri tərəfindən 32285 hektar ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib. Ümumilikdə 10207 ədəd piyada əleyhinə, 2580 ədəd tank əleyhinə mina və 10447 ədəd partlamamış döyüş sursatı aşkarlanaraq məhv edilib.
Mina təmizlənmə işlərində əsas səylər azad edilmiş ərazilərdə yaşayış məntəqələri, əkin sahələri, yollar və infrastruktur obyektlərinə yönəldilib. Qeyd olunan ərazilərdə mühəndis təminatı üzrə zəruri tədbirlər plana uyğun davam etdirilir.