\
21 Sentyabr 2024 - Şənbə

İrlandiya Ukraynaya kömək üçün 5 milyon avro göndərəcək

İrlandiya Ukraynaya kömək üçün 5 milyon avro göndərəcək
1319baxış

İrlandiya Ukraynaya humanitar yardım üçün əlavə 5 milyon avro göndərəcək.

"Mediapress.az" "The Irish Times" qəzetinə istinadən xəbər verir ki, bunu Kiyevə səfəri zamanı ölkənin baş naziri Leo Varadkar deyib.

"Prezident Zelenskiyə və Ukrayna xalqına söz verdim ki, biz həm praktiki, həm də siyasi dəstəyimizi davam etdirəcəyik”, - Varadkar bildirib.

Qəzetin qeyd etdiyi kimi, bu vəsait Kaxovka su elektrik bəndinin dağıdılmasının nəticələrinin aradan qaldırılmasına kömək etmək üçün istifadə olunacaq.

İrlandiyanın baş naziri, həmçinin Kiyevi dəstəkləməyə davam edəcəyini vurğulayıb.