\
21 Sentyabr 2024 - Şənbə

Bakıda qatar “Prius”la toqquşdu - Foto

Bakıda qatar “Prius”la toqquşdu - Foto
1353baxış

Bu gün Bakı şəhər Xəzər rayonu ərazisində yol qəzası baş verib.

 

“Qafqazinfo” xəbər verir ki, Zirə qəsəbəsinə gedən yolda “Toyota Prius” markalı avtomobil qorunmayan keçiddən keçən yük qatarı ilə toqquşub. Nəticədə qatar avtomobili xeyli məsafədə sürüyərək aparıb. Maşının içində sıxılmış vəziyyətdə qalan şəxsləri FHN-in xilasediciləri çıxarıblar.

Hadisə ilə bağlı araşdırma aparılır.