Prezident İlham Əliyev: "Qoşulmama Hərəkatı Azərbaycanın sədrliyi dövründə yeni nəfəs qazandı"
"Səmimi şəkildə deyə bilərəm ki, Qoşulmama Hərəkatı Azərbaycanın sədrliyi dövründə yeni bir nəfəs qazanmışdır".
"Mediapress.az" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında bildirib.
Son zamanlar Qoşulmama Hərəkatının nüfuzunun və təsirinin tədricən deqradasiya etdiyini, praktiki olaraq Hərəkatın fəaliyyəti ilə bağlı müəyyən müzakirələrin aparıldığını vurğulana dövlətimizin başçısı bildirib: “İstənilən işdə olduğu kimi, biz bu işə də böyük məsuliyyətlə yanaşdıq və addım-addım institusional inkişaf istiqamətində işləməyə başladıq. Azərbaycanın sədrliyi yekdilliklə bir illik uzadıldı. Amma faktiki olaraq bu, bir il yarımlıq uzadılma oldu. Bu o deməkdir ki, bizim sədrliyimizə ehtiyac var və o, müsbət qarşılanıb”.