\
21 Sentyabr 2024 - Şənbə

Türkiyədə oteldə yanğın olub, 2 nəfər ölüb, 12 nəfər yaralanıb

Türkiyədə oteldə yanğın olub, 2 nəfər ölüb, 12 nəfər yaralanıb
1361baxış

Türkiyənin Antalya bölgəsində tarixi Kaleiçi ərazisində yerləşən butik oteldə baş verən yanğın nəticəsində 2 nəfər ölüb, 12 nəfər yaralanıb.

“Report” xəbər verir ki, yaralılardan ikisinin vəziyyəti ağırdır.

Ölənlərdən biri Livanəsilli turistdir. Yaralılar hospitala yerləşdirilib.

Yanğın söndürülüb.

Hadisə ilə bağlı araşdırma aparılır.