\
21 Sentyabr 2024 - Şənbə

“Bir gün məni də bu mahnı ilə paylaşacaqlar” - Qəzada ölən 18 yaşlı Fərhad

“Bir gün məni də bu mahnı ilə paylaşacaqlar” - Qəzada ölən 18 yaşlı Fərhad
1350baxış

Şamaxıda avtomobilin aşması nəticəsində 18 yaşlı sürücü həlak olub.

“Qafqazinfo”nun məlumatına görə, qəzada vəfat edən gənc sürücü Fərhad Quliyev bir müddət əvvəl sosial şəbəkə hesabında ölümündən bəhs edən paylaşım edib.

O, bu gün qəza törətdiyi maşını idarə etdiyi videoya “sənin ölümün yaman yandırır bizi” mahnısını əlavə edərək “bir gün məni də bu mahnıyla paylaşacaqlar, onda gec olacaq” sözlərini yazıb.

Məlumata görə, qəzanın baş vermə səbəbi yüksək sürət həddi olub.