\
24 Noyabr 2024 - Bazar günü

Bu il Azərbaycanda baş verən yanğın və partlayış nəticəsində 28 nəfər ölüb

Bu il Azərbaycanda baş verən yanğın və partlayış nəticəsində 28 nəfər ölüb
1369baxış

 

Bu ilin birinci yarısında Azərbaycanda 7 024 təbii və texnogen mənşəli hadisə baş verib.

Fövqəladə Hallar Nazirliyindən "Mediapress.az"a bildirilib ki, bu da 2022-ci ilin birinci yarımilliyi ilə müqayisədə 747 hadisə və ya 10% azdır.

Məlumata görə, təbii və texnogen mənşəli hadisələr nəticəsində 33 nəfər həlak olub, 138 nəfər xəsarət alıb. Nazirliyin xilasediciləri 17 nəfəri xilas edib, 2 203 nəfər təxliyə olunub.

Həmin müddətdə baş vermiş yanğın hadisələrindən təhqiqatı aparılmış yanğınların sayı 791 olub. Yanğın hadisələri zamanı 18 nəfər həlak olub, 94 nəfər xəsarət alıb, bu da ötən il ilə müqayisədə yanğından həlak olanlar üzrə 19 nəfər və ya 51%, xəsarət alanlar üzrə 36 nəfər və ya 28% azdır.

Bundan başqa, bu ilin I yarımilliyi ərzində respublika ərazisində 25 partlayış hadisəsi baş verib ki, bu da 2022-ci ilin I yarımilliyi ilə müqayisədə 13 hadisə və ya 34% azdır. Partlayışlar zamanı 10 nəfər həlak olub, 37 nəfər xəsarət alıb.