\
24 Noyabr 2024 - Bazar günü

Yevlaxda ermənilərlə görüş olacaq

Yevlaxda ermənilərlə görüş olacaq
1510baxış

Hazırda Yevlaxda Bakının mərkəzi hökumət nümayəndələri ilə Qarabağda məskunlaşan erməni etnik azlığının nümayəndələri arasında görüşün təşkilinə hazırlıq gedir.

Mediapress.az xəbər verir ki, bu barədə “Caliber” məlumat yayıb.

Məlumatda bildirilir ki, bu görüşdə heç bir üçüncü ölkə nümayəndəsinin iştirakı gözlənilmir. Dialoq birbaşa Azərbaycan hökumətinin rəsmi nümayəndələri ilə Qarabağdakı etnik ermənilər arasında aparılacaq.

 

Erməni mətbuatında bəzi ermənilərin bu görüşü sabotaj etməyə çalışdığı deyilir.

Qeyd edək ki, Azərbaycan hökuməti ilə Qarabağdakı ermənilər arasındakı növbəti dialoqun Bakıda, ya da Yevlaxda təşkili təklif edilmişdi. Yevlaxın növbəti ünvan kimi seçiləcəyilə bağlı iddialar qismən təsdiqini tapmış oldu.