\
15 Oktyabr 2024 - Çərşənbə axşamı

Lələtəpə qəhrəmanı vəfat etdi - Uzun sürən xəstəlikdən

Lələtəpə qəhrəmanı vəfat etdi - Uzun sürən xəstəlikdən
1645baxış

Lələtəpə döyüşünün iştirakçısı, Beyləqan rayon sakini, hazırda Beyləqan Hərbi Birləşməsinin N saylı hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi qulluqçusu Aslanov Azər Əbülfət oğlu dünyasını dəyişib

Bu haqda mərhumun əmisi oğlu Tural Aslanlı məlumat verib.
Onun dediyinə görə, Azər uzun müddət idi ki, ağır xəstəlikdən əziyyət çəkirdi: "Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikasında Azərdən götürülən qan analizində limfa xərçəngi aşkarlandı və müalicə olunmaq üçün Milli Onkologiya Mərkəzinə göndərildi. Ağ ciyərinin yaxınlığında yerləşən limfada xərçəng xəstəliyi var idi. Nə qədər çalışsaq da, onu həyatda saxlaya bilmədik".
O həkimlərin məsuliyyətsizliyi və səhlənkarlığı haqda da danışıb: "Qan institutunun həkimlərinin bu qədər cəllad, soyuqqanlı olduğunu bilmirdim. İnsanlıq onlar üçün bitib. Həkimlər soyuqqanlılıqla Azərin valideynlərinə deyirlər ki, xəstəxanada səs-küy salmayın onsuz da gec tez gedəcəkdi. Bu dövlət üçün canından keçməyə hazır olan birinə qarşı bu qədər alçaqcasına soyuqqanlı yanaşmağı ancaq düşmən edər".