\
24 Noyabr 2024 - Bazar günü

Prezident Rusiya ilə münasibətlərdən danışdı

Prezident Rusiya ilə münasibətlərdən danışdı
1467baxış

“Biz Rusiyanın Cənubi Qafqazdakı qonşularımızla qarşılıqlı əlaqələrini sadəcə müşahidə edə bilərik”.

Bunu Prezidenti İlham Əliyev “Euronews” telekanalına müsahbəsində deyib.

“Ümumilikdə region haqqında demək mənim üçün çətindir, çünki Cənubi Qafqaz bölgəsi üç ölkədən ibarətdir. Biz Rusiyanın Cənubi Qafqazdakı qonşularımızla qarşılıqlı əlaqələrini sadəcə müşahidə edə bilərik. Azərbaycana gəldikdə isə, elə də ciddi dəyişiklik yoxdur. Çünki bizim Rusiya ilə münasibətlərimiz artıq tarazlaşdırılıb. Onlar bir-birimizin milli maraqlarının və əlbəttə ki, ərazi bütövlüyünün və suverenliyin tanınmasına əsaslanır”, - deyə Prezident İlham Əliyev bildirib.