Şuşada ekoloji məsələlər üzrə işçi qrupun iclası keçirilib
1466
Şuşada ekoloji məsələlər üzrə işçi qrupun iclası başa çatıb.
"Report"un Şuşaya ezam olunan əməkdaşı xəbər verir ki, toplantıda görülən işlər və cari məsələlərdən söz açılıb.
İclasda Şuşa şəhərinin biomüxtəlifliyi, bərk məişət tullantılarının idarə olunması və işğaldan azad edilmiş ərazilərdə tikinti-söküntü tullantılarının idarəolunması müzakirə olunub.
Həmçinin Şuşada icra olunan layihələrin ekoloji qiymətləndirilməsi və buradakı yaşıllıqların mühafizəsi və zənginləşdirilməsi müzakirə olunan məsələlərdəndir.