\
21 Sentyabr 2024 - Şənbə

Sumqayıtda şadlıq evində yanğın söndürülüb, xəsarət alan olmayıb - VİDEO

Sumqayıtda şadlıq evində yanğın söndürülüb, xəsarət alan olmayıb - VİDEO
1442baxış

Sumqayıt şəhərində yerləşən “Green House” şadlıq evində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən söndürülüb.

Bu barədə APA-ya FHN-dən bildirilib.

Qeyd edilib ki, havanın küləkli olması yanğınla mübarizə tədbirlərini çətinləşdirsə də yanğınsöndürənlərin çevik və peşəkar fəaliyyəti sayəsində yanğın qısa müddətdə söndürülüb.

Hadisə zamanı xəsarət alan olmayıb.