Diş həkiminə gedən 26 yaşlı qız öldü - Foto
1511
Türkiyədə 26 yaşlı gənc qadın diş və baş ağrısı şikayətləri ilə həkimə getdikdən sonra, həyatı alt-üst oldu.
Şilan Temel adlı gənc qadın diş və baş ağrısı səbəbi ilə həkimə gedib.
Xəstəxanada həkim onun dişini çəkəndən sonra baş ağrılarına görə başqa şöbəyə yönləndirib. Həkimlər qadının beynində şiş olduğunu aşkar ediblər. Təcili əməliyyat olunan Şilan Temelin həyatını xilas etmək olmayıb.
Cəmi bir neçə günə dünyasını dəyişən qadın, dəfn edilib.