\
15 Oktyabr 2024 - Çərşənbə axşamı

Bayraq meydanında yanğın baş verdi - Ağdamda

Bayraq meydanında yanğın baş verdi - Ağdamda
1422baxış

Ağdamda Bayraq Meydanında yanğın baş verib. Mediapress.az APA-nın Qarabağ müxbirinin məlumatına əsasən xəbər verir ki, yanğına rayonun İmamqulubəyli kəndində Soltanbut təpəciyinin üzərində yerləşən Bayraq meydanının işıqlanma sistemində baş verən qısa qapanma səbəb olub. Yanğına ilkin olaraq ərazidə xidmət aparan Ağdam RPŞ-nin əməkdaşları müdaxilə edərək alovun genişlənməsinin qarşısını alıblar. Daha sonra hadisə yerinə FHN-nin Ağdam  yanğınsöndürən bölməsinin iki maşını cəlb olunub. Alov qısa müddətdə söndürülüb.