\
15 Oktyabr 2024 - Çərşənbə axşamı

Qədr gecəsinə gedərkən qəzaya düşdülər - Sumqayıtda

Qədr gecəsinə gedərkən qəzaya düşdülər - Sumqayıtda
1430baxış

Sumqayıt şəhərində yol qəzası nəticəsində 4 nəfər ağır xəsarət alıb.

Mediapress.az "Report"un yerli bürosunun məlumatına əsasən xəbər verir ki, bu gün gecə saatlarında şəhərin Səməd Vurğun küçəsi ilə Dənizkənarı bulvar istiqamətində hərəkətdə olan avtomobil qarşı tərəfdən gələn digər maşınla toqquşub.

Hadisə nəticəsində Sumqayıt şəhər sakini - 1998-ci il təvəllüdlü Əliyev Nahid Zahid oğlu , 1998-ci il təvəllüdlü Məcidov Rövşən İslam oğlu, 2000-ci il təvəllüdlü Tağıyev Kamil Şahin oğlu və 2000-ci il təvəllüdlü Bayramov Fəqan İsmayıl oğlu ağır xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Qəzaya düşən gənclər Qədr gecəsi əməllərini yerinə yetirmək üçün məscidə gedirlərmiş.

Faktla bağlı araşdırma aparılır.