\
21 Sentyabr 2024 - Şənbə

Ermənistana məxsus kvadrokopter ələ keçirildi - Foto

Ermənistana məxsus kvadrokopter ələ keçirildi - Foto
1594baxış
Avqustun 7-si saat 13:30 radələrində Ermənistan silahlı qüvvələrinə məxsus "DJI Mavic 3" kvadrokopteri Azərbaycan Ordusunun Basarkeçər rayonunun Zod istiqaməti ilə üzbəüz istiqamətdə yerləşən mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərib.
 
Bu barədə Mediapress.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
 
Bildirilib ki, bölmələrimizin sayıqlığı nəticəsində kvadrokopter aşkar edilərək xüsusi texniki vasitələrlə endirilib.