\
24 Noyabr 2024 - Bazar günü

Həyat yoldaşı tərəfindən ayaqlarına şprislə tüpürcək vurulan Ruhiyyənin son durumu AÇIQLANDI

Həyat yoldaşı tərəfindən ayaqlarına şprislə tüpürcək vurulan Ruhiyyənin son durumu AÇIQLANDI
1545baxış

“Həyat yoldaşı tərəfindən ayağına şprislə tüpürcək vurulan Kürdəmir şəhər sakini Ruhiyyə Mahmudova hələ də müalicə üçün aidiyyəti tibb müəssisəsinə yerləşdirilməyib”.

Bu barədə Oxu.Az-a Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib. Onun sözlərinə görə, qadının ayaqlarının vəziyyəti gündən-günə pisləşir:

“Belə ki, Kürdəmir şəhər sakini Ruhiyyə Mahmudova barədə keçən həftə məlumat paylaşmışdıq. Onun ayaqlarının vəziyyətinin nə dərəcədə ağır olduğunu bildirmişdim. O hələ də Kürdəmir Rayon Mərkəzi Xəstəxanasındadır və heç kim müalicə üçün yaxın durmur. Təsəvvür edin, xanıma kömək etmək əvəzinə ancaq qınayırlar. Bəlkə də qadının ayaqları sındırılıb, sümükləri yenidən bərpa etmək lazımdır. Onun ayaqları inanılmaz bərbad vəziyyətdədir. Qadın uzana, normal otura bilmir. Ayaqları sanki quruyub, funksiyasını itirib. O qadına çox ciddi müalicə və müalicədən sonra psixoloji dəstək, reabilitasiya lazımdır”.